“Liverpul” “Enfild Roud”un yenidənqurma işlərini koronavirusa görə bir il müddətinə təxirə salıb.
Bu barədə mersisaydlıların rəsmi saytında məlumat verilib. Klub rəhbərliyi 2020-ci ilin sonuna qədər stadionda oturacaqların sayını 54000-dən 61000-ə qədər artırmağı planlaşdırırdı. İngiltərə mətbuatı yazır ki, yenidənqurma işlərinə görə “Liverpul” 60 milyon funt sterlinq xərcləməli olacaq. Xatırladaq ki, “qırmızılar” bu stadionda 1884-cü ildən çıxış edirlər. «Enfild roud» tamaşaçı tutumuna görə hazırda İngiltərədə yeddinci stadion sayılır.